Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

13:13 - 25 Avqust 2018 - SİYASƏT

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək. Səfər iki gün davam edəcək. Gürcüstan hökumətinin başçısı Bakıda Azərbaycan rəsmləri bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.trend

Xəbər xətti