Ana səhifə
14 Noyabr 2018

Azərbaycan hökuməti iqtisadi artım üzrə proqnozları yaxşılaşdırıb

Azərbaycan hökuməti yaxın iki il ərzində ölkə iqtisadiyyatının artımı üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da deyilir.

Əgər hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz səviyyəsində gözləyirdisə, indi proqnoz iki faizə qədər artırılıb. 2019-cu il üçün proqnoz 1,4 faizdən 3,1 faizədək yenidən nəzərdən keçirilib.

2018-2021-ci illərdə ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin proqnozları:

İllər

2018

2019

2020

2021

Cari proqnoz

Nominal ÜDM (mln. manat)

74 646,9

75 389,2

81 245

84 973,1

ÜDM-in real artım tempi (%)

2,0

3,1

3,5

2,4

Əvvəlki proqnoz

Nominal ÜDM (mln. manat)

69 396

72 727

 

77 403

81 053

ÜDM-in real artım tempi (%)

1,5

1,4

3,7

2,9

Strategiyada qeyd olunur ki, 2018-ci ildə və ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir. Belə ki, yerli proqnozlarla yanaşı, bir sıra mötəbər beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır.

Qeyd edək ki, son vaxtlar Azərbaycan iqtisadiyyatı sabit artım nümayiş etdirir. "Fitch Ratings", "Standard & Poor's" və "Moody's" kimi beynəlxalq reytinq agentlikləri ölkə iqtisadiyyatında müsbət dəyişiklikləri qeyd edir. Xüsusilə "S&P Azərbaycan ÜDM-nin orta artımını 2022-ci ilə qədər üç faiz səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, "Moody's" ölkə iqtisadiyyatının artımı üzrə proqnozlarını artırıb. "Fitch" agentliyi isə qeyd edir ki, ölkədə geniş siyasi və sosial sabitlik saxlanılacaq.

Strategiyaya əsasən, ortamüddətli dövrdə inflyasiya göstəricilərinin azalması proqnozlaşdırılır ki, bu da öz növbəsində, uçot faiz dərəcəsinin endirilməsi və daraldıcı pul siyasətindən neytral pul siyasətinə tədrici keçid üçün zəmin yarada bilər. Beləliklə, dövlət borcunun idarə edilməsi ilə bağlı yerli bazarlardan maliyyə resurslarının cəlb edilməsi zamanı inflyasiya risk faktorunun aşağı olması ilə əlaqədar daha münasib faiz dərəcəsi formalaşar.

2018-2021-ci illər üçün inflyasiya proqnozu:

İllər

2018

2019

2020

2021

İnflyasiya (orta illik, %-lə)

6,1

4,7

3,3

3,1

 
Tarix
25 Avqust 2018 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin