Rusiya və Türkiyə arasında viza rejimi sadələşdirilə bilər

17:13 - 24 Avqust 2018 - DÜNYA

Rusiya və Türkiyə viza rejiminin sadələşdirilməsi üzrə mexanizmin yaradılması ilə bağlı razılıq əldə edib.

​Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib. S.Lavrov bildirib ki, Rusiya müxtəlif kateqoriyadan olan Türkiyə vətəndaşlar üçün qarşılıqlı əsasda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara hazırdır. O, danışıqların yaxın zamanlarda başlayacağını bildirib. Qeyd edək ki, Rusiya Türkiyə vətəndaşlarına 2015-ci ilin noyabrında Rusiya qırıcısının vurulmasından sonra münasibətlərin gərginləşməsi fonunda viza rejimi tətbiq etmişdi.trend

Xəbər xətti