Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

10:46 - 23 Avqust 2018 - DÜNYA

Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın baş verib.

​“Report” BBC-yə istinadən xəbər verir ki, müəssisənin yüzlərlə işçisinin təxliyyə olunduğu bildirilir. Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Xəbərdə qeyd olunur ki, zavodda Böyük Britaniyanın bütün mühərrik yanacağının 16 faizi istehsal olunur. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Xəbər xətti