Ana səhifə
14 Noyabr 2018

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.

​ Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək. Bunun ardınca isə 31 may - 2 iyun tarixləri məhz bədii gimnastlara həsr olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə gimnastikanın ən sevilən növü – bədii gimnastika üzrə Avropa Çempionatını təşkil etmiş olacaq. Xatırladaq ki, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycan Gimnastika Federasiyası 2019-cu il ərzində idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını təşkil edəcək. Qeyd edək ki, ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının təzahürü kimi, bu gün irimiqiyaslı beynəlxalq gimnastika yarışlarının Azərbaycanda təşkili idman növlərinin inkişafında böyük rol oynayır, idman turizminin irəliləməsində də müsbət təsiri müşahidə olunur.

Tarix
21 Avqust 2018 [23:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin