Azərbaycana gələn turistlərin sayı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

​Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, gələnlərin 31,5%-i Rusiya, 19,8%-i Gürcüstan, 10,3%-i Türkiyə, 10,0%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i İraq, 2%-i Ukrayna, 20,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,2%-ini kişilər, 32,8%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3%-i yanvar, 10%-i fevral, 16,7%-i mart, 13,2%-i aprel, 12,6%-i may, 16,2%-i iyun, 20%-i isə iyul ayında ölkəyə gəlib. Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (BƏƏ və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1%, Oman vətəndaşlarının sayı 16,5% artıb. İrandan gələnlərin sayında 21,1%, BƏƏ-nin gələnlərin sayında isə 2,7% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4% artaraq 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub. 2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4% artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6% artaraq 614,2 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8%-i dəmir yolu və avtomobil, 42,2%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə edib. 2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 2514,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4%-i Gürcüstana, 24%-i İrana, 22,9%-i Rusiyaya, 15,2%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 1,0%-i BƏƏ-yə, 2,1%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9%-i kişilər, 32,1%-i isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2%, Gürcüstana gedənlərin sayı 0,9% artıb, Türkiyəyə gedənlərin sayı 5,5%, Rusiyaya gedənlərin sayı 2,6% azalıb. Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,9%-i dəmir yolu və avtomobil, 19,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.report

Tarix
21 Avqust 2018 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin