Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, onlardan biri ölüb

16:08 - 21 Avqust 2018 - DÜNYA

Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

​ "Report" TASS-a istinadən xəbər verir ki, ilkin versiyaya görə, kütləvi zəhərlənmənin səbəbi alınan yemək olub. Kotelniki şəhər administrasiyasından bildiriblər ki, Türkiyə şirkətində çalışan tikinti şəhərciyinin zəhərlənən işçiləri təmir işləri aparılan metronun "Molodyojnaya" stansiyası yaxınlığında qidalanıb. Məlumata görə, dünən gecə onların halı pisləşib və təxminən, gecə saat 12 radələrində təcili yardım çağırıblar, onların hamısı xəstəxanaya yerləşdirilib. Zəhərlənmə nəticəsində bir işçi ölüb. Qeyd edilir ki, zərərçəkən işçilər Özbəkistan və Tacikistan vətəndaşlarıdır.

Xəbər xətti