Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib

15:21 - 21 Avqust 2018 - Xəbər

 Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib

Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,tədbirdə Qurban bayramının xeyirxahlıqlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışılıb. Tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd olunub. Tədbir çərçivəsində bir qrup əməkdaşa bayram hədiyyələri təqdim olunub.


Xəbər xətti