Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

14:45 - 21 Avqust 2018 - Xəbər

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qəbul avqustun 25-da saat 10:00-da Şəki şəhər rayon Polis şöbəsində olacaq. Görüşdə Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər xətti