Bakıda heyvanları daşıyan yük maşını aşıb - FOTO

20:08 - 20 Avqust 2018 - HADİSƏ

Bakıda yol qəzası baş verib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb.  Belə ki, "Mercedes" markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti