Ana səhifə
13 Noyabr 2018

Matçda futbolçunu ildırım vurdu

Peruda futbol matçı zamanı faciə baş verib. Belə ki, yerli komandalardan birinin oyunçusunu elə oyun zamanı ildırım vurub.

 

Ucnoqta.az xəbər verir ki, hadisə "Sport Akuilla" ilə "Fuerza Minera" komandaları arasındakı oyun zamanı qeydə alınıb. 

İkinci hissə başlayanda güclü qasırğa başlayıb, yağış yağıb. Bir necə saniyə sonra ildırım çaxmağa başlayıb. İldırım birinci komandanın oyunçusu Joao Kontrerasın üzərinə düşüb. Bundan sonra o huşunu itirərək stadionun ortasına yıxılıb. Yaralanan oyunçu dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun ayaqlarından üçüncü dərəcəli yanıqlar aldığını deyiblər. 

Qeyd edək ki, futbolçunun xəsarət alması ilə nəticələnən hadisələrdən biri də Əlcəzairdə "Tizi Uzu" stadionunda baş verib. Oyuna əsəbləşən izləyiçilərdən biri stadiona daş atıb. BU daş isə kamerunlu hücumcu Albert Ebossenin başına dəyib. Futbolçu xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.(ANS PRESS)

Tarix
10 Dekabr 2014 [21:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin