Ana səhifə
23 Sentyabr 2018

DGK: Qarabağ müharibəsi iştirakçıları üçün gömrük qanunvericiliyində güzəştlər nəzərdə tutulmayıb

Dövlət Gömrük Komitəsi Qarabağ müharibəsi iştirakçılarının gömrükdə qanunsuzluqlarla üzləşdiyi iddia olunan məlumatlara rəsmi münasibət bildirib

Dövlət Gömrük Komitəsi Qarabağ müharibəsi iştirakçılarının Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda qanunsuzluqlarla üzləşdiyi, İran İslam Respublikasından gətirdikləri malların gömrük sərhədindən buraxılmadığı iddia olunan məlumatlara münasibət bildirib. DGK Mətbuat Xidmətindən verilən məlumata görə, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Lakin gömrük qanunvericiliyində bu qəbildən olan insanların həyata keçirdiyi idxal-ixrac əməliyyatları zamanı hər hansı güzəştlər nəzərdə tutulmayıb. Belə ki, fiziki şəxlərin güzəştli qaydada ölkəyə gətirə biləcəkləri malların miqdarı qanunvericilikdə müəyyən edilib və gömrük orqanlarının vəzifəsi qanunvericiliyin tələblərini yerinə yetirməkdən ibarətdir: "Məlumatda bəhs edilən Qarabağ müharibəsi iştirakçılarının etirazına səbəb isə həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulandan artıq miqdarda malı gömrük sərhədindən keçirmək istəmələridir. "Qoşa Təpə" gömrük postunda həmin şəxslərlə qanunvericiliyin müvafiq tələbləri barədə izahat işləri aparılsa da, həmin şəxslər bununla razılaşmaq istəmir. Bütün gömrük-sərhəd keçid məntəqələrində olduğu kimi, "Qoşa Təpə" gömrük postunda da vətəndaşlardan yalnız qanunvericiliyin tələblərinə riayət etmək tələb olunur. Onu da qeyd edək ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər Dövlət Gömrük Komitəsinin tabeliyində olan bütün qurumlar və gömrük əməkdaşları tərəfindən yüksək ehtiramla qəbul edilir, onların problemləri dinlənilərək qanunvericiliyə uyğun şəkildə qısa zamanda həll edilir".

Tarix
20 Avqust 2018 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin