“ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri iki gün işləməyəcək

15:50 - 20 Avqust 2018 - Xəbər

Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər xətti