Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

14:52 - 20 Avqust 2018 - Xəbər

2018-ci il martın 1-də Yerevandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.

Bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb. Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.trend

Xəbər xətti