Hakerlər 88 milyon dollar oğurladılar

18:39 - 20 Avqust 2018 - Xəbər

Çinin Şensi əyalətinin Sian şəhərinin hüquq-mühafizə orqanları 600 milyon yuan (təqribən 88 milyon dollar) virtual valyuta oğurlamaqda şübhəli bilinən 3 hakeri ələ keçirib.

Bu barədə Sian şəhərinin ədliyyə idarəsi məlumat yayıb. Bildirilib ki, oğurluqla əlaqədar istintaq araşdırması hələ bu ilin 30 mart tarixindən başlanıb. O zaman Çjan soyadlı vətəndaşın kompüterindən bitkoinlərlə birlikdə çox sayda kriptovalyutanın oğurlanması barədə polisə məlumat daxil olmuşdu. Həmin vaxt oğurlanan valyutanın bazar qiyməti təqribən 100 milyon yuan təşkil edib.

Yarım ildən az müddətdə polis virtual valyuta oğurluğu ilə məşğul olan cinayətkar şəbəkəni aşkar edib və nəticədə fiziki və hüquqi şəxslərin kompüterlərinə vurtual hücumla giriş əldə edərək bu əməli törətməkdə şübhəli bilinən hakerlər həbs olunub. Hazırda açılan cinayət işi üzrə istintaq davam etdirilir. xezerxeber.az 

Xəbər xətti