Ana səhifə
22 Sentyabr 2018

Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib

Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib

 “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Çingiz Qurbanovun atası Salman Qurbanov, anası Nailə xanım Qurbanova, doğmaları, hərbçilər, müxtəlif qurumların nümayəndələri iştirak edib. 
İştirakçılar mərkəzdə Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş xatirə guşəsinin önünə  gül dəstələri düzüblər. Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov bu tədbirin mərkəzdə “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adı altında artıq üçüncü tədbir olduğunu, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbir zamanı Çingiz Qurbanovun şərəfli həyat yolundan bəhs olunub. 2016-cı ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan  Çingiz Qurbanovun 2016-cı ilin dekabrın 29-da Ermənistan kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Çingiz Qurbanova ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbirdə Çingiz Salmanova həsr edilmiş film nümayiş edilib. 

Bundan əvvəl Mərkəzdə Azərbaycanın Milli Qəhrəmanları Asif Məhərrəmov və Cavanşir Rəhimova həsr olunmuş tədbirlər keçirilib.

Tarix
20 Avqust 2018 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin