Sabahdan havanın temperaturu yüksələcək

12:16 - 20 Avqust 2018 - Xəbər

Azərbaycanda bir neçə gündür ki, müşahidə edilən qeyri-sabit hava şəraiti bu gündən başlayaraq mülayimləşəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün gündüz saatlarından başlayaraq hava əsasən yağmursuz olacaq. Bir necə gündür əsən şimal-qərb küləyi günorta saatlarından başlayaraq mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
G.Məmmədova bildirib ki, sabahdan başlayaraq yaxın iki gün ərzində havanın temperaturu 2-3 dərəcə yüksələcək.

O, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 26-29 dərəcə isti təşkil edəcəyini, hazırkı temperaturun, eləcə də dünən müşahidə edilən temperaturun iqlim norması daxilində olduğunu söyləyib.

Xəbər xətti