Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib

11:35 - 20 Avqust 2018 - Xəbər

 Ukrayna paytaxtı Kiyevin Qoloseyevskiy rayonunda quldurluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Abbasov Əlinin məhkəmə prosesi başa çatıb.

O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Abbasov Kiyevdə iş adamlarına və onların ailə üzvlərinə hücum edərək qarət etməkdə təqsirli bilinib.report

Xəbər xətti