Nazir Şəmkirdə vətəndaşlarla görüşəcək

10:51 - 20 Avqust 2018 - Xəbər

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  25 avqust 2018-ci il tarixində, saat 11:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşəcək.  

Kənd Təsərrüfatı Nazirlyindən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3644480) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər xətti