Ana səhifə
17 Fevral 2019

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən S.Ağayevin üzərinə keçirilən baxış zamanı onun əlindəki qutudan ümumi çəkisi 980 qram olan tiryək və 495 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
20 Avqust 2018 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin