ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub

10:07 - 20 Avqust 2018 - DÜNYA

ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub. 

"Report" CNNTürk-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-dan 20-nə kecən gecə baş verib. Naməlum avtomobildə olan şəxslər paytaxt Ankaranın Atatürk bulvarında yerləşən diplomatik nümayəndəliyin binasına atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçıblar. 

Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.  

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti