Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

14:20 - 19 Avqust 2018 - Xəbər

Dəmirçi-Lahıc yolunda təmir işləri aparılır 

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılır. "Azəravtoyol"dan verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər xətti