Məmmədyarov Sinkfild Kubokuna qələbə ilə başladı

13:38 - 19 Avqust 2018 - Xəbər

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.

​Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib. Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür. Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər. Ş.Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq. Turnir bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq. Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.trend

Xəbər xətti