Ana səhifə
19 Sentyabr 2018

Bakıda bankomat partladıldı - Yenilənib

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(ATV)

 

"AzerFax”ın əldə etdiyi məlumata görə silahlı şəxslər əvvəlcə qonşuluqdakı super marketə basqın ediblər. Satıcının əl-qolunu bağlayan cinayətkarlar bankomatı da elə həmin mağazadan partladıblar. Məlumata görə, qarətçilər Kalaşnikov avtomatı ilə silahlanıblar.

 

***

10:27

 

Bakıda quldurluq hadisəsi törədilib.


 

Ucnoqta.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bilgəh qəsəbəsində qeydə alınıb.

 

Maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

 

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

Tarix
10 Oktyabr 2014 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin