"Baku bus"-da yaşlı qadın xəsarət aldı - Foto

14:57 - 17 Avqust 2018 - Xəbər

"Baku bus"-a məxsus 3 nömrəli avtobusda insident baş verib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Bildirilir ki, 3 nömrəli avtobusun sürücüsü Rəşad Babayev işıqforda qəfil əyləci basdığı üçün yaşlı qadın müvazinətini itirərək xəsarət alıb.  Hadisədən sonra həmin qadının halı pisləşib. Sürücünün avtobusu bu şəkildə, kobud idarə etməsi isə digər sərnişinlərin narazılığına səbəb olub.


Xəbər xətti