Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfirini qəbul edib

14:34 - 17 Avqust 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanıdiplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olundu, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd olunub. Nazir Elmar Məmmədyarov Səfirin ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. 
Səfir Dato Roslan Tan Sri Abdul Rəhman diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulydıb.
Nazir Elmar Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.


Xəbər xətti