İsmayıllıda avtomobil aşıb, sürücünün arvadı ölüb

16:52 - 17 Avqust 2018 - HADİSƏ

İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi “Mazda” markalı avtomobili aşırıb.

Nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti