Bakıda 6 maşrut xətti üzrə müsabiqə elan edilib

11:39 - 17 Avqust 2018 - Xəbər

Bakı Nəqliyyat Agentliyi (BNA) 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı müsabiqə elan edib. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında həmin xətlər üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. 

Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər. 

Xəbər xətti