Ana səhifə
24 Sentyabr 2018

Xaçmazda qovaq ağaclarının kəsilməsi ilə bağlı prokurorluğa müraciət olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

ETSN-dən verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Tarix
17 Avqust 2018 [09:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin