Samuxda keçmiş məhkum arvadını öldürüb, qohumunu bıçaqladı

14:25 - 16 Avqust 2018 - HADİSƏ

Samuxda qətl hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib. Nəticədə M.Bayramova ölmüş, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər xətti