Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək

17:30 - 16 Avqust 2018 - Xəbər

Gənclər və idman naziri Azad Rəhimov avqustun 17-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göygöl şəhəri, Heydər Əliyev parkı, Hummel küçəsi -2) başlayacaq.

Qəbulda Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan, şəhər və rayon sakinləri iştirak edəcəklər.

 

Xəbər xətti