Prezident DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verib- Sərəncam

13:12 - 16 Avqust 2018 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi
general-mayor Əsgər Sabir oğlu Xəlilova
general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova
polkovnik Ayaz Əvəz oğlu Hüseynova
polkovnik Rəsul Afiq oğlu Tağıyevə.

Xəbər xətti