İtaliyada matəm günü elan olunacaq - Genuya faciəsi ilə bağlı

18:08 - 16 Avqust 2018 - İQTİSADİYYAT

Genuyada körpünün uçması ilə əlaqədar baş verən insan itkisi ilə bağlı İtaliyada matəm günü elan olunması barədə qərar qəbul edilib.

Bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konte bəyan edib.

Ötən gün Genuyada ölkənin Nazirlər Kabinetiin fövqəladə iclası keçirilib. Onların daha bir qərarı isə Liquriya vilyatində 1 illik fövqəladə rejim müəyyən etmək olub.
Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb.

Avqustun 16-sı İtaliyanın və Avropa İttifaqının bayraqları endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq.

Xəbər xətti