Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

10:39 - 16 Avqust 2018 - Xəbər

 Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər xətti