Azərbaycan əhalisinin sayı açıqlanıb

10:33 - 16 Avqust 2018 - Xəbər

Azərbaycan əhalisinin sayı açıqlanıb. 

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 049 nəfər artaraq bu il iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb. 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Xəbər xətti