Saatlıda “Ford” markalı maşın ağaca çırpılıb, sürücü yaralanıb

06:48 - 16 Avqust 2018 - HADİSƏ

Saatlıda 1 nəfərin ağır bədən xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Musa oğlu idarə etdiyi “FORD” markalı ərzaq daşıyan maşınla hərəkətdə olarkən anidən idarəetməni itirib, avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilmiş FHN-ni xilasediciləri tərəfindən maşında sıxılmış vəziyyətdə qalan P. Məmmədov çıxarılaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti