Ana səhifə
20 Noyabr 2018

Türkiyə məhkəməsi amerikalı rahibin etirazını rədd etdi

Amerikalı rahib Endryu Kreyq Bransonun Türkiyədə ev dustağı edilməsi barədə məhkəmə qərarından etirazı təmin edilməyib.

Ötən gün vəkil rahibin ölkədən çıxışına qadağanın aradan qaldırılmasını tələb emişdi.
İşə baxan 2-ci Ağır Cəza Məhkəməsi etirazı rədd edərək qərarı qüvvədə saxlayıb. Qərara yuxarı instansiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. trend

Tarix
15 Avqust 2018 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin