Gömrükçülər avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkarlayıb

12:53 - 15 Avqust 2018 - Xəbər

Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb.

DGK-dan verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş 2 ədəd "Samsung Galaxy J5", 2ədəd "Samsung Galaxy J2" və 1ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti