İndi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və 50 MB həcmində mobil internet imkanı əldə edirlər. Azercell-in təqdim etdiyi bu sərfəli kampaniyaya qoşulmaq üçün regionlarda yaşayan istifadəçilərin START yazıb 2552-ə göndərmələri kifayətdir. Sözügedən paketi aktivləşdirən abunəçi cari günün sonuna qədər limitsiz danışıqdan və internetdən faydalana bilər. Kampaniya çərçivəsində təqdim edilən limtsiz danışıq yalnız şəbəkədaxili zənglərdə istifadə oluna bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidir. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz