Ana səhifə
19 Noyabr 2018

Samur-Yalama Milli Parkını çirkləndirən şəxs cərimələndi

Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib. Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub.
Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib.

Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
ETSN bütün şəxslərə müraciət edir ki, belə hallarla rastlaşarkən dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.

Tarix
15 Avqust 2018 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin