Berat Albayrak xarici investorlarla görüşәcәk

23:17 - 14 Avqust 2018 - DÜNYA

Türkiyәnin Xәzinә  və Maliyyə naziri Berat  Albayrak avqustun 16-da xarici investorlarla telekonfrans vasitәsi ilә görüşәcәk.

 

Ucnoqta.Az TRT Azərbaycan-a istinadən bildirir ki, bu barәdә Xәzinә vә Maliyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Görüş Türkiyә vaxtı ilә saat 16.00-da, Nyu-York vaxtı ilә isә saat 09.00-da baş tutacaq.

 

Mәlumata görә, Albayrak  yaşanan son iqtisadi proseslәrdәn sonra investorlara ismarışlarını birbaşa çatdıracaq.

 

Telekonfransa 700 -1000 investorun  qatılması gözlәnilir.

Xəbər xətti