Ana səhifə
19 Sentyabr 2018

Qobustanda qanunsuz ov edən şəxs cərimələnib

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.

ETSN-dən "Report"a verilən məlumata görə, reyd zamanı rayonun Çuxanlı kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılaraq ondan ov tüfəngi və ovlanmış tülkü götürülüb.
Araşdırma zamanı qanun pozucusunun Qobustan rayon sakini Şahin Maksudov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona qanunamüvafiq qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Tarix
14 Avqust 2018 [15:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin