Dünyanın yaşamaq üçün ən rahat Şəhərləri

18:11 - 14 Avqust 2018 - DÜNYA

Böyük Britaniyanın "The Economist" jurnalının "The Economist Intelligence Unit" (EIU) Araşdırma Mərkəzi həyat keyfiyyətinin səviyyəsi üzrə dünya şəhərlərinin reytinqini dərc edib.  

"Report" TASS-a istinadən xəbər verir ki, Avstriya paytaxtı Vyana ilk dəfə birinci pillənin sahibi olub.

Vyana arıdıcıl 7 dəfə 140 şəhər arasında birinci olan Avstraliyanın Melburn meqapolisini qabaqlayıb. 

Araşdırma zamanı EIU tədqiqatçıları beş kateqoriya - sabitlik, səhiyyə, təhsil, infrastruktur, eləcə də mədəniyyət və ətraf mühit üzrə 30-dan çox amili nəzərə alıblar.

Tədqiqatçılar qeyd ediblər ki, Vyana stabillik göstəricilərinin yaxşılaşması ilə əlaqədar Melburnu ilk pillədən salıb.

Həyat üçün ən münasib şəhərlərin "top-5"yinə həmçinin Osaka (Yaponiya), Kalqari (Kanada) və Sidney (Avstraliya) daxil olub.

Yaşayış üçün ən az uyğun şəhər isə müharibənin ələk-vələk etdiyi Dəməşq (Suriya) olub. Son beşlikdə eyni zamanda, Dəkkə (Banqladeş), Laqos (Nigeriya), Karaçi (Pakistan) və Port Morsbi (Papua Yeni Qvineya) yer alıblar.

Xəbər xətti