Ana səhifə
10 Dekabr 2018

Dəniz sahilindəki bəzi istirahət mərkəzlərinin sahibləri cərimələndi

Bakı şəhərinin Xəzər dənizi sahil zolağında “Ətraf Mühitin Mühafizəsi” və “İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

ETSN-dən verilən məlumata görə, reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Tarix
14 Avqust 2018 [10:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin