Ana səhifə
25 Sentyabr 2018

Daşkəsəndə 24.5 kilometrlik yolun tikintisi yekunlaşır

Uzunluğu 24.5 km olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsində işlər artıq yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitənərazilərdə, daha dəqiqi 150 min kv.m-ə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Tarix
13 Avqust 2018 [17:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin