Ana səhifə
15 Noyabr 2018

Qorxursa, danlamayın

Qorxu inkişafın bir parçasıdır… Buna görə gecə qaranlıqdan qorxub yanınıza gələn uşağınızı "Aman bundan da qorxularmı" deyib mühakimə etməyin.

Qorxu insanoğlunun yaradılışından bu günə yer üzündə yaşaya bilməsini təmin edən ən əhəmiyyətli duyğu olaraq təyin olunur. Qorxu duyğusu insanın özünü səbəbi bilinən ya da bilinməyən təhlükələrə qarşı qoruması məqsədilə ortaya çıxır. Uşaqlıqda başlayan qorxular, hər dövrdə fərqli ola bilir. Mütəxəssislər hesab edir ki, 3-5 yaş aralığındakı uşaqlar daha çox qaranlıqdan qorxur, 5 yaşlarında xarici dünyadakı insanların özlərinə zərər verməsindən, 6 yaşından sonra isə qarabasma, canavar kimi mücərrəd anlayışlarla ortaya çıxan qorxular duyurlar.

Necə yanaşılmalı?

Qorxunun hansı vəziyyətlərdə ortaya çıxdığı, nə vaxt başladığına dair sualların cavablanılması əhəmiyyət daşıyır.
Qorxuya səbəb olan faktorların nəzərdən keçirilməsi və qiymətləndirilməsi lazımdır.
Uşağa bu dövrdə bir az daha çox maraq göstərilməsi onun rahatlanmasını təmin edə bilər. Qorxusu olan bir uşağı əsla mühakimə etməmək lazımdır. Uşağı alçaltmaq, onu utandırmaq  suallarının daha çox artmasına səbəb olur. Əvvəlcə uşaq aydın olduğunu hiss etməlidir. Qorxacaq nə var yanaşması uşağın daha da anlamamasına səbəb olur. 
Uşaqlıq qorxuları ailə içində ya da bir mütəxəssis qiymətləndirilməsi nəticəsində təhlil edilməzsə  ya da problemə səbəb olan faktorlar ortadan qaldırılmazsa yetkinlikdə də bu qorxular davam edə bilər.

 

Tarix
13 Avqust 2018 [20:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin