“WhatsApp”la bağlı mühüm xəbər: yazdıqlarınızı oxuyacaqlar

“Facebook”a məxsus “WhatsApp” messenceri bundan sonra istifadəçilərin məlumatlarının şifrələnməsi texnologiyasından istifadə etməyəcək.

Bu barədə “Akket” nəşri yazıb. Məlumata görə, yenilik sayəsində xüsusi xidmət orqanları asanlıqla istifadəçilərin bütün yazışmalarını oxuya biləcəklər.
Qeyd olunur ki, messencer rəhbərliyi “Facebook”un tələbi ilə bu addımı atmalı olub.

“Güc qurumları (tez-tez baş verən terror aktlarına görə) daha çox bu fikrə gəlirlər ki, cinayətkarlar məşhur messencerlər üzərindən ünsiyyətə üstünlük verirlər”, - “Akket” yazır.

Bütün “WhatsApp” istifadəçilərinin yazışmalarının şifrəsinin artıq 2019-cu ildə dayandırılacağı gözlənilir.oxu.az

Tarix
13 Avqust 2018 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin