Ana səhifə
13 Noyabr 2018

Azərbaycanda son 10 ilin sərin avqustu müşahidə edilir

Azərbaycanda bu ilin avqust ayı (ayın I ongünlüyü) son 10 ilin nisbətən sərin keçən avqust ayı sayıla bilər.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, avqust ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə 2-3 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında dünən havanın maksimal temperaturu 28-30 dərəcə olub. Bu gün isə temperaturun 26-28 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
G.Məmmədova qeyd edib ki, ümumilikdə Bakıda və Abşeron yarımadasında ən sərin keçən avqust ayı 1950-ci ildə müşahidə edilib.

Yağıntılara gəldikdə isə G.Məmmədova qeyd edib ki, bu il avqust ayının ötən dövrü ərzində əksər rayonlara düşən yağıntıların miqdarı norma daxilində, əsasən, dağlıq və dağətəyi rayonlarda isə normadan bir qədər çox olub.
G.Məmmədova onu da əlavə edib ki, avqustun 13 və 14-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Tarix
13 Avqust 2018 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin