Ana səhifə
21 Sentyabr 2018

Hindistanda leysan yağışlar nəticəsində 774 nəfər ölüb

Hindistanda leysan yağışlar nəticəsində yeddi ştatda azı 774 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, təbii fəlakət daha çox cənubdakı Kerala ştatına ziyan vurub. Bu ştatda 187 nəfər ölüb. Siyahıda sonrakı yerlərdə Uttar-Pradeş (171 ölü), Qərbi Benqal (170 ölü) və Maharaştra (139 ölü) ştatları gəlir. 

Məlumata görə, leysan yağışların səbəb olduğu hadisələr nəticəsində yeddi ştatda ümumilikdə təxminən 250 nəfər xəsarət alıb, 30-dan çox adam isə itkin düşmüş hesab edilir.

Tarix
13 Avqust 2018 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin