Ana səhifə
19 Sentyabr 2018

“Hər bir uğurlu tələbənin arxasında anasının mənəvi dəstəyi dayanır”

“Amerikada təhsilimi davam etdirib, siyasətçi olmaq istəyirəm”
Emiliya Qurbanova: “Zamanımı ancaq öz kariyerama həsr edirəm ki, daha sonra işim də özümə layiq olsun”

Müsahibimiz Amerikanın Kaloforniya Ştatından gəlib. Emiliya Qurbanova  Los Angelos şəhərində yaşayır və orada təhsil alır. “Beynəlxalq münasibətlər” ixtisasının 3-cü kursunda  təhsil alan müsahibimiz vətəndən uzaqda yaşamağın çətin olduğunu vurğulayır.  Doğmalarından güc alan Emiliya mənəvi dəstəyin əvəzsiz olduğunu deyir. Poliqlot hesab edilən müshaibimiz Amerikada təhsil sisteminin çətinliklərindən danışdı.

- Emiliya xanım, sizi vətəndə xoş gördük. Səfəriniz nə ilə əlaqədardır?
- Təşəkkür edirəm.  İstirahət üçün vətəndən gözəl bir məkan yoxdur deyə düşünürəm.  Vətənin torpağı, daşı, təbiəti, havası, suyu üçün çox darıxmışdım. Bakı  mənim ikinci anamdır. Buranın hər bir qarışı mənim üçün dəyərlidir. İstirahətdən əlavə vətənimlə bağlı bir neşə layihəmlə bağlı gəlmişəm.

- Necə bir layihə?
- Hazırda sosial layihələr həyata keçirirəm. Bir neçə planlarım da var ki, onlar üzərində çalışıram. Kimsəsizlər, şiddətə məruz qalan xanımlarımıza dəstək məqsədi ilə onlarla bağlı layihələr həyata keçirirəm. Hansı ki, hazırda onların sosial durumu məni çox narahat edir.

- Bildiyimiz qədəri ilə şahmatla da məşğul olursunuz.
- Məktəb illərində asudə zamanımı səmərəli şəkildə keçirirdim. Belə ki, özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Şahmata getmişəm və bu sahədə bir çox uğurlara nail olmuşam. Bu idman növünü uşaqlıqdan çox sevmişəm, çünki bu oyunun tərkibində siyasi gedişlər var. Yarışlarda iştirak etmişəm və hər zaman da qalib olmuşam. Şahmatdakı nailiyyətlərimi görən anam mənim hər zaman yaxşı siyasətçi olacağımı deyirdi.  Hazırda isə şahmatla məşğul ola bilmirəm. Çünki sosial layihələr və Amerikadakı təhsilimlə bağlı  işlərim olur. Yad bir məmləkətdə, başqa dildə təhsil almaq heç də asan deyil.

- Hazırda Amerikada yaşayır və orada təhsil alırsınız. Maraqlıdır, nə üçün məhz Amerika?
- Mən burada orta təhsilimi başa vurduqdan sonra beynəlxalq bir təhsil ocağında oxumaq arzusu ilə yaşayırdım. Hansı ki, o təhsil ocağında daha çox uğurlara nail olub, düşdüyüm arenada dünyaya sözümü daha tez deyə biləcəyim bir təhsil ocağı axtarırdım. Bu baxımdan Amerikanın təhsil sisteminə üstünlük verdim. Xaricdə təhsil almaq mənim həmişə arzum olub. Bacımla məktəb illərindən qarşımıza məqsəd qoymuşduq ki, ali təhsilimizi beynəlxalq nüfuzu olan bir təhsil ocağında davam etdirəcəyik. Əslində, Azərbaycan Diplomatik Akademiyasına hazırlaşırdım. Sonda beynəlxalq təshil sisteminin üzərində dayandıq. Ailəmizlə birlikdə orada yaşamağa qərar verdik və təhsilimi orada davam etdirdim.  Peşman da deyiləm. Bizə görə ailəm də yaşayış tərzini, sistemini dəyişdi. Belə ki bütün işlərini burada quran, ölkə üçün xidmət edən sahələrdə çalışan valideynlərim bizim qərarımızla düzənini, yaşam tərzini dəyişib Amerikaya köməyə qərar verdi. Çünki bizim təhsilimiz onlar üçün çox önəmlidir. Buna görə  valideynlərimə hər zaman minnətdar olmuşam. Xüsusən də anamın üzərimdə çox əziyyəti var. Hesab edirəm ki, hər bir uğurlu tələbənin arxasında onun anasının dəstəyi dayanır.

- Orada “Beynəlxalq əlaqələr” ixtisası sizə nəyi öyrədir? Ümumiyyətlə siyasətə marağınız necədir? 
- Oranın təhsil sistemi tamam  başqadır. Tədris sistemində olan  proqram tələbənin maraq dairəsinə uyğundur. Biz tədris prosesində ölkələrin daxili və xarici siyasətini öyrənir, Amerikanın konstitusiyasını keçirik. Demək olar ki, kiçik yaşlarımdan bu sahəyə marağım olub. Uşaq yaşlarımdan xəbələri izləyir və ölkədə, ölkə xaricində baş verən siyasi proseslərlə yaxından maraqlanırdım. Bu sahəyə böyük marağım var idi. Düşündüm ki, niyə də öz arzularımın arxasınca getməyim. Arzularımın arxasınca getdim.

-Amerikaya getdikdən sonra birbaşa ingilis dilində təhsil almaq çətin olmadı ki?
- Ora getdikdə Amerikanlılar kimi danışmağa, onların təhsil sistemi ilə oxumağa məcbur idik və biz buna tez bir zamanda nail olduq. Çünki ingilis dilində məktəb illərində yaxşı təhsil almışdıq və  ingilis dili üzrə az da olsa təməlimiz var idi. Sadəcə onu təkmilləşdirmək lazım idi.  Orada əsas danışıq dili ingilis dili, daha sonra isə ispan dilidir. İspan dilini anlayıram. O dilə də çox ehtiyac var, çünki Kaliforniyada əhalinin çox hissəsi meksikanlılardan ibarətdir. Biz də düşdüyümüz mühitə uyğunlaşmağa çalışırıq və əlavə dillər də öyrənirik.

- Müsahibələrinin birində ABŞ prezidenti olmaq istədiyinizi demisiniz. Prezident olmaq isə o qədər də asan deyil.
- Bəli, ABŞ-ın prezidenti olmaq gözəl bir hiss olardı. Amma orada doğulmadığım üçün prezident ola bilmərəm. Lakin şəhərin meri, qubernatoru, senatoru, diplomat olma imkanım var. Təbii ki, hər şey təhsilin və istedadın başında dayanır. Amerikada təhsilimi davam etdirib, siyasətçi olmaq istəyirəm. Belə böyük bir arenada Azərbaycanın siyasətini, mədəniyyətini təbliğ etmək mənə daha rahat olacaq. Burada təhsilimi başa vurub, siyasi prosesləri oturduğum yerdən deyil, dünyanın gözü olan, hər kəsin gəlib çatmaq istədiyi bir məkandan izləmək şansı qazanacam. Bunun üçün siyasəti məhz burada öyrənmək, siyasi proseslərə buradan mənimsəmək mənim üçün əlverişlidir.

- Bacınız və balaca qardaşınız musiqi ilə məşğul olurlar. Bəs siz nə yaxşı bu sahəyə maraq göstərmirsiniz?
- Musiqi ilə uşaq vaxtı məşğul olmuşam, 6 il pianoya getmişəm. Lakin daha sonra özümə peşə seçməli oldum. Və beləliklə gördüm ki, siyasət mənim üçün daha maraqlıdır, buna görə də siyasəti seçdim. Hazırda ingilis, rus, türk dillərini bilirəm. İspan dilinin üzərində çalışıram. Dil biliyimi daha da artırmağı düşünürəm. 

- Prezidentimiz İlham  Əliyevin yenidən  prezident seçilməsi Amerikada necə qarşılandı?
- Prezidentimizin xarici siyasətini dəsətəkləyirik. Onun dəstəyini  hər zaman hiss edirik. Son bir neçə ildə dünyanın müxtəlif ölkələrinə, təhsil ocaqlarına dövlət tərəfindən göndərilən tələbələrimiz az deyil. Hansı ki, onlar beynəlxalq təhsil sistemini mənimsəyib, ölkəmizdə o sistemi tətbiq edirlər. Təbii ki, biz də cənab prezidentimiz İlham Əliyevin siyasətini Amerikada dəstəkləyirik. Ölkənin birinci xanımı, Mehriban Əliyevanın son illər gördüyü işlər diqqət mərkəzindədir. Hansı ki, onun siyasəti biz gənclərin ürəyindən xəbər verir. O ki, qaldı sualınıza biz İlham Əliyevin yenidən prezident seçilməsini bayram kimi qeyd etdik. Azərbaycanımızın oradakı səfirliyini və ətrafımızda yaşayan Azərbaycanlıları evimizə dəvət edib, bu münasibətlə ziyafət keçirdik.

- Orada Azərbaycanlılar çoxluq təşkil edirmi?
- Bizim ən yaralı yerimizdən biridir bu məsələ. Çünki  bir  layihə etmək istədikdə ətrafımızda çox az sayda vətəndaşımızı cəm edə bilirik. Azərbaycanlıları bir araya toplamaq çox çətin olur.

- Deyirlər Amerikada müsəlmanları hər bir istemdə sıxışdırılar . Doğrudurmu?  
- Biz orada yaşayan bir müsəlman kimi onu hiss etmirik. Orada  hər millətə hörmət edirlər. Ancaq siyasətdə buna çox önəm verilir. Müsəlmanlara, başı bağlılara terrorist kimi baxırlar. Bu böyük bir problemdir. Əslində hər kəs bilir ki, müsəlmanlar terrorist deyil. Ancaq bu məsələ bir qədər müzakirə mövzusudur.

Könül Oruc

 

 

Tarix
13 Avqust 2018 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin